Asim Mollazadə Azərbaycanın inkişaf strategiyasından danışdı

asim-mollazade-azerbaycanin-inkisaf-strategiyasindan-danisdi-
Oxunma sayı: 651

. “Qafqazinfo”nun məlumatına görə, iki paneldən ibarət bu konfransın birinci hissəsi “Azərbaycan Respublikasının xarici siyasəti: prioritetlər və çağırışlar”, ikinci hissəsi isə “Azərbaycan və Argentina: potensial tərəfdaşlar” mövzularına həsr olunub. Asim Mollazadə hər iki paneldə iştirak edib və «Azərbaycanın inkişaf strategiyası» ilə bağlı məruzə edib. Konfransda həmçinin, ölkəmizin müstəqillik dövründə qarşılaşdığı problemlər və əldə etdiyi uğurlar, Ermənistanın Azərbaycana təcavüzü və münaqişənin nizamlanması prosesi, Azərbaycanın enerji strategiyası və Qərb-Şərq enerji-infrastruktur dəhlizinin inkişafındakı rolu, habelə son dövrdə inkişaf etməkdə olan Azərbaycan-Argentina münasibətləri, siyasi, iqtisadi, xüsusilə də kənd təsərrüfatı və texnologiyalar sahəsində əməkdaşlıq, parlamentlərarası əlaqələr mövzularında geniş fikir mübadiləsi aparılıb.
Konfrans Azərbaycanın Argentina elmi-akademik çevrələrinə təqdimi və ölkəmizin reallıqları barədə məlumatların Argentina ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olub.
Konfransda Argentinanın hökumət strukturlarının, qanunvericilik orqanının, elmi-akademik dairələrinin nümayəndələri, xarici siyasət və diplomatiya üzrə ekspertləri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər.