Asim Mollazadə İranı hədəfə aldı

asim-mollazade-irani-hedefe-aldi
Oxunma sayı: 640

“Qafqazinfo” xəbər verir ki, səfər zamanı A.Mollazadə ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində (CSIS) keçirilən “İran-Azərbaycan münasibətləri və Qafqazda Strateji rəqabət” mövzusunda konfransda çıxış edib. Millət vəkili öz çıxışında İran-Azərbaycan münasibətləri, İranın regionda tutduğu mövqe, İran-Ermənistan əlaqələri, Rusiyanın regiona müdaxiləsi, Xəzər dənizi ətrafındakı gərginlik və digər məsələlər barədə fikirlərini ifadə edib. A.Mollazadə dünyada terrorizmi dəstəkləyən İranın Ermənistana hərtərəfli yardım göstərdiyini vurğulayıb. O, İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil almaq və öz mədəniyyətini ifadə etmək hüququnun olmadığını bildirib. İranın hətta azərbaycanlıların rok qruplarına və “Traktor” futbol klubuna qarşı məhdudiyyətlər qoyduğunu vurğulayan A.Mollazadə, buna rəğmən, rəsmi Tehranın kiçik etnik azlıq olan ermənilərə hər cür mədəni hüquqlar verdiyini xatırladıb. Millət vəkili həmçinin konfrans iştirakçılarını maraqlandıran suallara cavab verib.

Partiya sədri Vudru Vilson Beynəlxalq Mərkəzində (Woodrow Wilson International Center) "Nabukko sonrası: Cənub Qaz Dəhlizi və Avropa Enerji Təhlükəsizliyində yeniliklər” mövzusunda keçirilən konfransda da iştirak edib. Konfransda Asim Mollazadə "Enerji sahəsindəki inkişaf, regional və beynəlxalq təsirlər” mövzusunda çıxış edib. Buradakı çıxışında o, regionumuzdakı vəziyyət, regional münaqişələrin sabitliyə və inkişafa, enerji layihələrinə törətdiyi maneçiliklər, Azərbaycanın enerji strategiyası və s.lə bağlı məsələlərə toxunub. Millət vəkili "neft ölkəsi” adlandırılan Azərbaycanın yaxın gələcəkdə qaz ixracatçısına, perspektivdə isə neft və qazın Mərkəzi Asiyadan Avropaya nəql edilməsində geniş infrastruktur şəbəkəsinə malik tranzit dövlətə çevriləcəyinə ümidini ifadə edib. Həmçinin konfrans iştirakçılarını maraqlandıran suallara cavab verib.
A.Mollazadə səfər zamanı Kolumbiya Universiteti, Harriman İnstitutunda keçirilən dəyirmi masada da iştirak edib. Burada ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən hadisələr müzakirə olunub.