Asim Mollazadə müvəkkillə görüşdü

asim-mollazade-muvekkille-gorusdu-
Oxunma sayı: 634

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, görüşdə Azərbaycan-Almaniya əlaqələri, ölkəmizdə və regionda insan hüquqlarının vəziyyəti müzakirə olunub. Löninq Azərbaycanın yaxın qonşusu İranda vəziyyətin ağır olduğunu bildirib. İnsanların düşüncəsinə görə həbs olunmasını qınayıb və Azərbaycanda böyük amnistiyanın olmasını arzuladığını ifadə edib.
Asim Mollazadə də öz növbəsində deyib ki, Azərbaycan Avropaya inteqrasiya yolunu seçib və ölkədəki bütün siyasi partiyaların bu məsələdə mövqeyi eynidir. Ölkəmizin Avropaya inteqrasiyasında mədəniyyətin rolunu xüsusi vurğulayan Asim Mollazadə Almaniyanın bu il Bakıda keçiriləcək “Avroviziya” yarışmasında iştirakının zəruriliyini qeyd edib. Millət vəkili ölkəmizdə insan hüquqlarının vəziyyətindən bəhs edərkən, bu sahədəki problemlərin aradan qaldırılması istiqamətində cəhdlərin olduğunu bildirib.