Aşıq Ədalətin oğlu atasına Fəxri Xiyabanda yer verilməməsindən danışdı

Aşıq Ədalətin oğlu atasına Fəxri Xiyabanda yer verilməməsindən danışdı
Oxunma sayı: 4167

“Atamı vəsiyyətinə uyğun dəfn elədik”.

“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında mərhum ustad Aşıq Ədalətin oğlu Hekayət Nəsibov bildirib.

O, qeyd edib ki, Aşıq Ədalətin Fəxri Xiyabanda dəfn olunması ilə bağlı ailəyə hər hansı təklif olunmayıb: “Fəxri Xiyabanda atama yer verilmədiyi haqda heç nə deyə bilmərəm. Açığı bizə heç bu barədə hər hansı təklif də olunmayıb. Əgər belə bir təklif olunsaydı, biz ona razılaşmayacaqdıq. Belə məsləhət bildik ki, atamı Qazax rayonunda dəfn edək”.

Hekayət Nəsibov sənətkarın 3 mərasiminin sabah Heydər Məscidində keçiriləcəyini vurğulayıb: “Kim istəyir buyursun. Yas mərasimi ailənin və Qazax sakinlərinin köməyi ilə baş tutacaq. Sağ olsun, Qazax Rayon İcra Hakimiyyətini, Aşıq Ədaləti adına və sənətinə uyğun şəkildə dəfn elədi”.

Qeyd edək ki, Aşıq Ədalət sentyabrın 14-də dünyasını dəyişib. Xərçəng xəstəliyindən əziyyət çəkən sənətkar doğulduğu Qazax rayonunda dəfn olunub. Onun Fəxri Xiyabanda dəfn olunmaması böyük müzakirələrə səbəb olub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi