Aşıq İsfəndiyarın 80 illiyi qeyd olundu - Fotolar

Aşıq İsfəndiyarın 80 illiyi qeyd olundu
Oxunma sayı: 548

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında prezidentin fərdi təqaüdçüsü, əməkdar mədəniyyət işçisi Aşıq İsfəndiyar Rüstəmovun 80 illik yubileyi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalqımızın qədim sənət nümunəsi olan aşıq yaradıcılığından danışıb. 

Nazir vurğulayıb  ki, Azərbaycanda aşıq sənətinin inkişafında və gənc nəslə ötürülməsində ustad sənətkar İsfəndiyar Rüstəmovun da xüsusi xidmətləri var. 

Tədbirdə çıxış edən İsfəndiyar Rüstəmov ona göstərilən diqqət və qayğıya, eyni zamanda yubiley gecəsinin keçirilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. 

Daha sonra aşıqların ifasında konsert proqramı təqdim olunub.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi