Aşıq Namiqə 54 min 500 manat ödəndi

Aşıq Namiqə 54 min 500 manat ödəndi
Oxunma sayı: 3313

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun məhkəməsi keçirilib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə elan edilib ki, bu iş üzrə zərər dəyən “BestComp” şirkəti, Aşıq Namiq və digər təqsirləndirilən şəxslərin pulları ödənib. 

Qeyd edək ki, prokuror çıxışında R.Babayevin 8 il, E.Həsənovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Nərimanov rayonunda yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıblar. Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər. Onlar həmçinin, 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi