Aşıq Namiqin 54 min pulunu ələ keçirənlərin məhkəməsi başladı

Aşıq Namiqin 54 min pulunu ələ keçirənlərin məhkəməsi başladı
Oxunma sayı: 1551

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənov məhkəməsi başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses fevralın 7-də davam etdiriləcək.

Nərimanov rayonunda yerləşən "BestComp Group" firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb. Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompyuterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər. Onlar həmçinin, 2014-2015-ci illərdə Aqil Məmmədovun 70 min 550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54 min 500 manat və Habil Hənifəyevin 53 min 500 manat pulunu ədələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilirlər. Onlara ucuz komputer satacaqlarını vəd edərək aldadıblar.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi