Aşıq restoran açdı

asiq-restoran-acdi
Oxunma sayı: 642

“Qafqazinfo”ya açıqlama verən aşıq bildirib ki, o yerli şou-biznesin biznes kralı olacaq: “Mətbuatı və telekanalları izləyirəm. Görürəm hərə özünə bir titul verir. Məndə bir ay olar ki, təzə restoran açmışam. Sənətim öz yerində, bizneslə də məşğul olmağa başlamışam. Düşünürəm ki, özümə şou-biznesin “Biznes kralı” adını verim. Şou aləmində olan hamı özünə bir titul verir. Niyə də mən verməyim?”.

Aşıq Namiq öz məkanında şou nümayəndələrinə nisyə yeyib-içmək verib-verməyəcəyinə də aydınlıq gətirdi: “ Şou-biznesdə hər kəsə inanmaq olmaz. Yoxsa adam bankrot olar. Borca verərəm, amma baxır kimə. Şou aləmində yaxşı dostlar var, onlara verərəm. Amma bəziləri var ki, onlara nisyə yeyib-içmək versəm, inanmıram ki, gətirib pulunu versinlər”.

Aynur Babayeva