Aşıq Samirədən daha bir ilk

asiq-samireden-daha-bir-ilk-
Oxunma sayı: 1246


Klip haqda təəssüratlarını bölüşən aşıq ekran işinin tamaşaçılar tərəfindən bəyəniləcəyinə inandığını bildirib: “Təvazökarlıqdan uzaq səslənməsin, əminəm ki, ərsəyə gətirdiyimiz layihə sözün yaxşı mənasında səs-küysüz ötüşməyəcək.

Bu instrumental saz havası Etibar Qasımbəyli tərəfindən aranjeman edilib.

"Kərəm gözəlləməsi" nə çox dolğun klip çəkdirməyi qarşıma məqsəd qoydum. Və düşünmədən xanımlığına, peşəkarlığına hörmət bəslədiyim rejissor Ülviyyə Könül və onun yaradıcı komandasına müraciət etdim. Çünki Ülviyyə xanımdan yaxşı heç kim bu klipi ekranlaşdıra bilməzdi.

Operatoru Elmir Süleymanov, montajı Ramiz Hüseynov olan vizual məhsul Dövlət Xalça Muzeyində, Heydər Əliyev mərkəzinin, "Qoşa qala" qapılarının, eləcədə "Qız qalası"nın qarşısında çəkilib.

Məlumdur ki, iyun ayında Azərbaycan "Avropa Olimpiya Oyunları"na ev sahibliyi edəcək. İndi bütün diqqət bu mötəbər idman bayramının hazırlıqlarına yönəlib. Çalışdım ki, bu işdə vətəninə bağlı olan sənət adamı kimi az da olsa mənim də payım olsun.

Ümumilikdə ərsəyə gətirilən klipi Azərbaycanı tərənnüm edən tanıtım çarxları sırasına daxil etmək olar”.