Aşırımda vəziyyət düzəlib

asirimda-veziyyet-duzelib
Oxunma sayı: 635

Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Ağsu aşırımı, Muğanlı-İsmayıllı, İsmayıllı-Lahıc yolları qardan təmizlənib və nəqliyyatın hərəkəti bərpa edilib. Baş Dövlət Yol Polisi İdarəsi soyuq hava şəraitinin davam etdiyini nəzərə alaraq adıçəkilən istiqamətlərdə hərəkət edən sürücüləri ehtiyatlı olmağa çağırıb. Xüsusən də Ağsu aşırımından yalnız iki aparıcı oxu olan avtomobillərdən istifadə etmənin məqsədəuyğun olduğu bildirilir.

Qeyd edək ki, Ağsu aşırımında 15-20 sm, dağ kəndlərində isə 25-30 sm qar yağıb. Ağsu rayonu Yol İstismar İdarəsinin işçiləri nəqliyyatın təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollara qum və duz səpiblər.