“Asiya bazarı daha böyükdür”

asiya-bazari-daha-boyukdur
Oxunma sayı: 645

Qafqazinfo-nun məlumatına görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov informasiya texnologiyaları üzrə Azərbaycan-Yaponiya seminarında deyib.

Nazirin sözlərinə görə, Asiya bazarı daha böyükdür və texnologiya sahəsində inkişaf edib, həmçinin Avropa bazarı kimi o qədər də məhdud deyil. Azərbaycan yerli şirkətlərin Asiya bazarına, xüsusilə Yaponiya bazarına ekspansiyasına maraq göstərir.

Abbasov deyib ki, bu il Azərbaycan ilk telekommunikasiya peykini orbitə buraxdı. İkinci telekommunikasiya peykinin buraxılması 2016-cı ilə, aşağıorbitli peykin buraxılması isə 2014-cü ilə nəzərdə tutulub.

Nazirin sözlərinə görə, bu ilin payızında Azərbaycan yerüstü peyk stansiyası vasitəsilə digər ölkələrin əldə edilən məlumatların işlənməsinə başalayacaq.

Abbasov qeyd edib ki, bu gün Azərbaycan ixracatının təqribən 80 faizi neft sektorunun payına düşür, lakin 2020-ci ilə qeyri-neft məhsullarının ixracının xeyli artırılması planlaşdırılır.

"Həmin ilə qədər İKT sektorunun inkişafı sayəsində ÜDM-in iki dəfə artırılması gözlənilir", - nazir vurğulayıb.