Asiya İnkişaf Bankından qonağımız var

asiya-inkisaf-bankindan-qonagimiz-var-
Oxunma sayı: 678

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə məsləhətçisi Tariyel Calallının “Qafqazinfo”ya verdiyi məlumata görə, Missiya 2009-cu ildə AİB tərəfindən təsdiqlənən və həcmi 600 milyon ABŞ dolları olan Su Təchizatı və Kanalizasiya Sistemi üçün İnvestisiya Proqramı çərçivəsində həyata keçiriləcək ikinci layihəni müzakirə edəcək.

Missiya “Azərsu” ASC-nin, Maliyyə Nazirliyinin, Naxçıvanın hökumət nümayəndələri ilə, inkişaf üzrə tərəfdaşlarla və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüşəcək. Missiya həmçinin layihələrin hazırlıq səviyyəsini qiymətləndirmək üçün layihələrin icra olunduğu yerləri, layihələrin həyata davamlılıq, tərtibat, satınalma, ətraf mühitin mühafizəsi və sosial müdafiə normalarına nə dərəcədə uyğun olduğunu nəzərdən keçirəcək.

İnvestisiya proqramı təxminən 500 000-ə yaxın insana göstərilən su və kanalizasiya xidmətlərinin əhatə dairəsini, keyfiyyətini və davamlılığını təkmilləşdirəcək. Həcmi 75 milyon ABŞ dolları olan ilk kredit tranşından Göyçay və Naxçıvandakı su və kanalizasiya infrastrukturunun bərpası üçün istifadə olunur. İkinci layihə çərçivəsində Ağdaşda, Göyçayda, Naxçıvanda və daha bir şəhərdə su və kanalizasiya sistemlərinin qurulması prosesinin başa çatdırılması nəzərdə tutur. Missiya öz işinə 25 avqust, 2011-ci il tarixində baş vuracaq.

Nigar Məmmədli