Asiya İnkişaf Bankının icraçı direktoru Bakıdadır

asiya-inkisaf-bankinin-icraci-direktoru-bakidadir
Oxunma sayı: 661

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktorunun müavini İsrafil Məmmədov ilə Asiya İnkişaf Bankının (AİB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, görüşdə ARDNF-nin fəaliyyəti, vəsaitlərin idarə edilməsi, investisiya siyasəti, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə məsələlər müzakirə edilib.

Nümayəndə heyəti Fondun muzeyi ilə tanış olub.