Asiya İnkişaf Bankının mütəxəssisi Azərbaycana gələcək

asiya-inkisaf-bankinin-mutexessisi-azerbaycana-gelecek
Oxunma sayı: 651

Səfər şərşivəsində missiya Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin rəsmiləri ilə və “Azəryolservis”in nümayəndələri ilə görüşəcək. Nümayəndə heyəti layihənin institusional, inzibati, təşkilati, texniki, ətaf mühit, sosial, iqtisadi və maliyyə tərəflərini nəzərdən keçirəcək.

İyunun 23-də isə Layihələr üzrə Aparıcı Mütəxəssis Fərəc Hüseynbəyovun rəhbərliyi alltında missiya AİB tərəfindən maliyyələşən digər bir layihəni - Gəncə şəhərinin yanından keçən dolama yolun tikintisini nəzərdən keçirəcək. Bununla bağlı F.Hüseynbəyov bildirib: “Biz Gəncə dolama yolunun tikintisinin zəif gedişatından çox narahatıq. 2012-ci ilin aprelində kredit bağlanılmalıdır. Ona görə də biz tikinti işlərinin 2011-ci ilin dekabrından əvvəl yekunlaşacağını gözləyirik. Biz layihəni icra edən heyətlə, müqaviləçilərlə və məsləhətçilərlə görüşüb dolama yolun tikintisinin sürətləndirilməsi üçün lazım olan addımları razılaşdıracağıq”.
AİB-lə Azərbaycan hökuməti arasındakı razılaşmaya əsasən, AİB Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə yaxınlığından keçən iki zolaqlı 39 kilometrlik yolun bərpası üçün 55,4 milyon ABŞ dolları ayırıb. Yol layihəsi paytaxt Bakını Gürcüstan sərhədi ilə birləşdirən şərq-qərb magistralının tərkib hissəsidir. Yol Azərbaycanın İİ kateqoriyalı yol standartlarına cavab verəcək. Yolun eni 7,5 metr olacaq.
“Azəryolservis” ASC ilə sifarişçilər arasında müqavilə 2008-ci il dekabrın 26-da imzalanıb. Tikinti işlərinə 2009-cu ilin avqustunda başlanılıb.