Asiya İnkişaf Bankının nümayəndələri İctimai Birlikdə görüş keçirdi

asiya-inkisaf-bankinin-numayendeleri-ictimai-birlikde-gorus-kecirdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, görüşdə AİB-in maliyyə sektoru üzrə baş mütəxəssisi Yurqen Konrad, müstəqil maliyyə eksperti Ramil Məmmədov, AİB-in Azərbaycandakı daimi nümayəndəliyinin iqtisadçısı Nail Vəliyev, AKİA İdarə Heyətinin Sədri Ayaz Quliyev, Sədr müavini Cəlil Süleymanov, “İcraçı Kredit Agentliyi” MMC Bank olmayan Kredit Təşkilatının (İKA) baş direktoru Arif Əliyev və bir sıra məsul işçilər iştirak edib.
Y.Konrad AİB-in Azərbaycandakı fəaliyyəti və gələcək dövr üçün nəzərdə tutulan tədbirlər haqqında məlumat verib və Bankın, Azərbaycan maliyyə-kredit sektoru ilə əməkdaşlıq perspektivləri haqqında danışıb.

Qarşı tərəfdən, AKİA-nın İdarə Heyətinin Sədri A.Quliyev və İKA-nın baş direktoru A.Əliyev nümayəndə heyətinə Assosiasiyanin və Agentliyin fəaliyyətləri haqqında məlumat veriblər.

Habelə, tərəflər, kredit təşkilatlarının üzləşdiyi çətinliklər və bunların aradan qaldırılması yolları, habelə Azərbaycanda Kredit İttifaqları şəbəkəsinin genişləndirilməsi və aqrar sektorun inkişafı haqqında geniş fikir mübadiləsi aparıblar. Görüşdə kredit ittifaqlarının gələcək perspektivləri, xüsusən aqrar istehsalın artırılması üçün bu tipli mikrokreditləşmənin imkanları və bu sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

Sonda tərəflər AKİA ilə AİB arasında əməkdaşlığın inkişaf edəcəyinə əminliklərini bildiriblər.