Asiya kuboku: Suriya son saniyələrdə buraxdığı qolla qrupda qaldı - Video

asiya-kuboku-suriya-son-saniyelerde-buraxdigi-qolla-qrupda-qaldi
Oxunma sayı: 1540

Asiya kubokunda qrup mərhələsinin sonuncu - üçüncü turunun görüşləri keçirilir.

“Qafqazinfo” xəbər verir ki, B qrupunda Avstraliya Suriyaya 3:2 hesabı ilə qalib gəlib. Bu məğlubiyyətdən sonra Suriya qrupda qalıb.

B qrupunu 7 xalla İordaniya lider başa vurub. Avstraliya 6 xalla 2-ci olub və mərhələ adlayıb. 2 xalı olan Fələstinin mərhələ adlayıb-adlamayacağı isə qrup mərhələsi başa çatdıqdan sonra bəlli olacaq. Suriya 1 xalla sonuncu olub.

Avstraliya - Suriya - 3:2

Qollar: Aver Mabil, 41, Kristofer İkonomidis, 54, Tom Roqiç, 90+3 - Omar Xərbin, 43, Omar Əl Somah, 80 (pen.)

İordaniya - Fələstin - 0:0