“Aşkı Memnu” serialı İranda

aski-memnu-seriali-iranda-
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, farsca dublyaj olunan film İranda fəaliyyət göstərən İngiltərə televiziyası ilə nümayiş olunacaq. “GEM Classic” adlı televiziyanın yayımlayacağı serialın artıq bir neçə gündür ki, fraqmentləri tamaşaçılara təqdim olunur. Serialın iyulun 23-dən ekranlara çıxacağı anons edilir.

Qeyd edək ki, “Aşkı Memnu” Türkiyədə nümayiş olunarkən İranda qadağan olunmasına baxmayaraq, böyük maraqla izlənmiş, xüsusilə Azərbaycan türklərinin yaşadığı bölgələrdə DVD şəklində satışa çıxarılmışdı.

Səidə