Aslan Aslanov Koreyaya təbrik göndərib

Aslan Aslanov Koreyaya təbrik göndərib
Oxunma sayı: 1015

Xarici ölkələrin xəbər agentliklərinin rəhbərləri “Pxençan-2018” Qış Olimpiya Oyunları ilə bağlı Koreyanın Yonhap agentliyinə təbrik məktubları ünvanlayıblar.

“Qafqazinfo” “Pxençan-2018” Olimpiadasını işıqlandırmaq üçün təsis edilən və müxtəlif ölkələrdən 54 xəbər agentliyini özündə birləşdirən PNN (Pyeongchang News Servise Network) platformasına qoşulan agentliklərin rəhbərləri Olimpiya Oyunları ilə bağlı səmimi arzularını dilə gətiriblər.

Dünya Xəbər Agentlikləri Konqresinə, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov təbrik məktubunda Olimpiya Oyunları kimi möhtəşəm idman tədbirinin işıqlandırılmasında koreyalı həmkarlarına uğurlar arzulayıb. Əmin olduğunu bildirib ki, Yonhap-ın peşəkar kollektivi bu işin öhdəsindən yüksək səviyyədə gələcək.

Xəbərdə Qış Olimpiya Oyunları ilə əlaqədar İtaliyanın ANSA agentliyinin baş direktoru Cüzeppe Çerbone, Yaponiyanın Kyodo agentliyinin prezidenti Masaki Fukuyama, Slovakiyanın TASR agentliyinin baş direktoru Vladimir Puçala, İordaniyanın Petra agentliyinin rəhbəri Feysəl əş-Şbul, həmçinin Qətər, Kipr, BelTA, İİNA və Sudan agentlikləri tərəfindən də təbrik məktubları göndərildiyi qeyd olunur.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi