“Aslan İsmayılovun yaydığı videodakı texnika nazirliyə məxsusdur”

aslan-ismayilovun-yaydigi-videodaki-texnika-nazirliye-mexsusdur
Oxunma sayı: 4152

Səbail rayon İcra Hakimiyyəti hüquqşünas Aslan İsmayılova xəbərdarlıq edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna səbəb A.İsmayılovun bir neçə ay öncə rayon ərazisində, yəni Bayıl yamacında park salması ilə bağlı ictimaiyyətə açıqlama verməsi olub. Həmçinin onun ərazidə quraşdırdığı tikili oradan götürülüb və özünə də xəbərdarlıq edilib.

İH-dən bildirilib ki, həmin ərazidə ölkə başçısının tapşırığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən yaşıllıqlar zonası və meşə zolağının yaradılması işlərinin aparıldığı, yeni “Ekoloji park”in yaradılır:

“Aslan İsmanyılov tərəfindən yayımlana videoda görünən texnika da nazirliyə məxsusdur. Bakı şəhərinin mərkəzində park və ya bağ salınması qanunlarla tənzimlənir. Sürüşmə zonasına aid bu ərazidə  əkilən ağac və yaşıllıqlara gündəlik qulluq olunması, suvarılması, saxlanılması üçün işçi qüvvəsi,  texnika və vəsait tələb olunur və bunun üçün vəsait dövlət tərəfindən ödənilir”.