“Aslı ilə bir daha filmə çəkilməyəcəm” - Murad Bakıda danışdı

asli-ile-bir-daha-filme-cekilmeyecem
Oxunma sayı: 3117

Müğənni-aktyor Murad Boz və aktrisa Seda Bakan rol aldıqları “Öldür beni sevgilim” filminin premyerası üçün Bakıdadır.

“Qafqazinfo” xəbər verir ki,  ekran işinin qəhrəmanları qaladan əvvəl KİV nümayəndələrinin suallarını cavablandırıblar.  M. Boz Azərbaycanda dəfələrlə olduğunu bildirib, layihənin çəkilişi zamanı xeyli əyləndiyini qeyd edib.  

Seda Bakan da azərbaycanlıların mehriban olduğunu söyləyib: “İlk dəfə gəlmişəm. İstanbulda həyat çox qarışıqdır. İçərişəhəri gəzdik, bizdə köhnə binaları sökürlər. Biz qardaş ölkədəyik, təyyarədən düşdüyümüz anda özümüzü yad hiss etmədik”.  

M. Boz isə Azərbaycandan film təklifi gəldiyini söyləyib: “Bizə təklif gəlib. Pulla bağlı hər hansı bir sıxıntım yoxdur. Mənim üçün pul əsas deyil. Əsas ssenaridir, bəyənsəm təklifləri dəyərləndirəcəm”. Bundan əlavə, Murad iki filmdə rol aldığı aktyor Burak Özçivitlə küsülü olması barədə yayılan məlumatlara aydınlıq gətirib: “Kardeşim benim” filminin davamı olmayacaq. Əslində layihənin ikinci versiyasının premyerasında Bakıya gələcəkdim, amma alınmadı. Bunu əvvəlcədən demişdim. Sadəcə olaraq “O səs”in çəkilişləri ilə üst-üstdə düşdü”.

Müğənni sevgilisi Aslı Enverlə filmə daha çəkilməyəcəyini qeyd edib: “Bir münasibəti ekranlaşdırmaq nə dərəcədə doğrudur? Cəmi bir dəfə filmə çəkilmişik, kifayətdir. Özəl həyatımla bağlı çox danışmıram. Məni səhv başa düşməyin”.

Məşhurların mətbuat nümayəndələri ilə görüşdən sonra ekran işinin qalası keçirilib. Ulduzlar tamaşaçılara birgə layihəni izləyiblər.

Elvin Elxan

Fotolar: Nuran Məmmədov