Aslı məhkəməni uddu, 32 min təzminat aldı

asli-mehkemeni-uddu-32-min-tezminat-aldi
Oxunma sayı: 3443

“Kış Güneşi”nin qəhrəmanı olan Aslı Enver  serialın xaricdən əldə etdiyi gəlirdən pay almaq üçün məhkəməyə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, aktrisa “Endemol Medya” şirkətindən 32 min 33 TL təzminat tələb edib.  Aslı vaxtı ilə rol aldığı serialın dünyanın bir çox ölkələrinə satıldığını və şirkətin bunun üçün ona qonorar verməli olduğunu bildirib. 

Məhkəmə Enverin lehinə qərar çıxarıb və onun vəkili İslamil Filiz açıqlama yayıb:

“Hər iki şəxs arasında müqavilə imzalanıb.  Şərtlərə uyğun olaraq serialın xaricə satıldığı təqdirdə əldə olunan gəlirin yüzdə dördü Aslı Enverə verilməli idi. Qayda pozuldu, məhkəməyə müraciət etdik və hakim bizim xeyrimizə qərar verdi”.