AŞPA-da ermənilərə sərt cavab

aspa-da-ermenilere-sert-cavab
Oxunma sayı: 772

Millət vəkili Qənirə Paşayeva AŞPA-da çıxış edərək Azərbaycan əlehinə yalanlarla çıxış edən Ermənistan heyətinə sərt cavab verib.

“Qafqazinfo” xəbər verir ki, “siz öz işğalçı ölkənizdən danışın” deyən Q. Paşayeva AŞPA-da Avropada miqrantların, köçkünlərin vəziyyəti  bağlı məruzələrin müzakirəsi zamanı çıxış edib. “Mənim ölkəm dünyada ən çox qaçqın qəbul edən ölkələrdən biridir” deyən Q. Paşayeva işğalçı Ermənistan bu gün bu köçkünlərin öz vətənlərınə, evlərinə dönməsinə izn vermədiyini qeyd edib: “Biz çox ağır durumda olmağımıza baxmayaraq, o illərdə on minlərlə Ahıska türkünü də ölkəmizdə qəbul etdik. Azərbaycan dövləti və xalqı onlara qucaq açdı. Bu gün də, müxtəlif bölgələrdən və ölkələrdən gələrək ölkəmizə sığınmış insanlara diqqət və sayğı ilə yanaşırıq. 

Ermənistan isə Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərdən öz işğalçı siyasətlərini davam etdirmək üçün istifadə etməkdə davam edirlər. Onları Ermənistana deyil, işğal etdikləri Azəərbaycan torpaqlarına yerləşdirirlər. Yəni bu insanları bilərəkdən işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirirlər ki Ermənistanın bu qeyri-insani, qeyri-qanuni əməlləri AŞPA-da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə, qərarlarına ziddir və biz Miqrasiya və Köçkünlər Komitəsini, Parlament Assambleyasını Ermənistanın münaqişəin həllinə də mənfi təsir göstərən  bu qeyri-qanunu əməllərinə səssiz qalmamağa çağırırıq”.