AŞPA-da Ermənistan əleyhinə aksiya - Foto

aspa-da-ermenistan-eleyhine-aksiya-foto
Oxunma sayı: 631

“Qafqazinfo”nun haqqın.az-a istinadən verdiyi xəbərə görə, etiraz aksiyasının təşkilatçıları insan haqlarının müdafiəsi ilə məşğul olan “İnsan haqları uğrunda” İctimai Birliyi (Bakı, Azərbaycan) və Fransanın Strasburq şəhərində yaşayan türk və Azərbaycan icmasının üzvləridir. Aksiyada “Sarkisyan diktator”, “Ermənistan – terrorizmin yuvasıdır”, “Ermənistanın “Avropa Şurasında yeri yoxdur” şüarları səsləndirilib.

Məlum olduğu kimi, bu ilin mayında Ermənistan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edəcək. Bu gün isə Ermənistanda total saxtakarlığa göz yuman AŞ-nın ikili standartlarına etiraz əlaməti olaraq onlarla soydaşımız Strasburqda bir araya gəlib.

Aksiyada hüquq müdafiəçisi Eynulla Fətulayev da çıxış edib: “Biz burada ona görə etiraz edirik ki, Ermənistan məsələsi Avropa Şurası Parlament Şurasının gündəliyinə çıxarılıb. Türkiyədə yaxud Azərbaycanda insan haqları ilə bağlı hər hansı kiçik qanun pozuntusu olan kimi Avropa Şurası dərhal reaksiya verib. Buan görə sağ olsunlar. Bəs niyə görə Avropa Şurası institutları Ermənistandakı siyasi terror faktlarına göz yumurlar? Necə olur ki, Ermənistan tam demokratik dövlət olur?”