AŞPA-dan daha bir bəyanat

aspa-dan-daha-bir-beyanat
Oxunma sayı: 648

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın hazırladığı yazılı bəyanata müxtəlif ölkələrdən olan millət vəkilləri imza atıblar. Sənəd AŞPA-nın yazılı bəyanatı kimi qəbul olunub.

“Media forum” saytının məlumatına görə, sənəddə deyilir: “Ermənistan Silahlı Qüvvələri 2011-ci ilin martın 8-də işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən snayperlə 9 yaşlı azərbaycanlı Fariz Bədəlovu faciəli şəkildə qətlə yetirdikdən sonra bu ilin iyul ayında yenidən bir uşağı faciəli şəkildə öldürüblər. Bu ilin iyul ayında Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı Aygün Şahmalıyeva Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin yeni bir qurbanı olub. Ermənistan tərəfi partlayıcı qurğu quraşdırdığı oyuncağı bilərəkdən kəndə gələn çaya buraxıb. Bu oyuncağı tapan Aygün onu evə gətirib və onun partlaması nəticəsində günahsız bir qız uşağı faciəli şəkildə həlak olub. Uşaqların bu cür faciəli qətl edilməsi bir insanlıq faciəsidir.

Hər bir uşağın qətlə yetirilməsinin böyük faciə olduğunu nəzərə alaraq assambleya Ermənistanın Aygün Şahmalıyevanı faciəli şəkildə qətlə yetirməsini kəskin pisləyir və bu hadisədən dərin kədər, üzüntü hissi keçirdiyini bəyan edir”.