AŞPA həmməruzəçiləri İlham Əliyevlə görüşəcək

aspa-hemmeruzecileri-ilham-eliyevle-gorusecek
Oxunma sayı: 763


“Qafqazinfo” amerikaninsesi.org-a istinadən xəbər verir ki, Avropa Şurası Parlamnet Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) və Cozef Debono Qrex (Malta) mayın 19-21-də Azərbaycanda səfərdə olacaqlar. Məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə bağlı monitorinq keçirməkdir. Bu barədə AŞ mətbuat xidməti məlumat yayıb.

Bakıda prezident İlham Əliyev, ədliyyə və daxili işlər nazirləri, baş prokuror ilə danışıqlar planlaşdırılıb.

Həmçinin siyasi partiyaların təmsilçiləri, Ali Məhkəmənin rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşlər nəzərdə tutulub.

Xatırladaq ki, mayın 21-23-də Avropa Şurasının baş katibi Torbyörn Yanqland Bakıya gələcək. Bundan əlavə, mayın 22 -23-də Bakıda AŞPA-nın Daimi Komitəsi və Bürosunun iclası olacaq.