AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Bakıdadır

aspa-monitorinq-komitesinin-hemmeruzecisi-bakidadir
Oxunma sayı: 638

ANS PRESS-in Avropa Şurasının saytına istinadən verdiyi məlumatına görə, bu gün digər həmməruzəçi Pedro Aqramunt da Bakıya gələcək.

Həmməruzəçilər fevralın 2-dək davam edəcək səfər çərçivəsində prezident İlham Əliyev, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər.

Nümayəndələr eyni zamanda Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə də görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.