AŞPA-nın yeni prezidenti məlum olub

aspa-nin-yeni-prezidenti-melum-olub
Oxunma sayı: 893

Avropa Şurası Parlament Assambleyasının yeni prezidenti məlum olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yeni prezident italiyalı Mikele Nikolettidir.  Assambleyanın prosedur qaydalarına görə, sədr seçkilərinə bir namizəd təqdim edildiyi halda o, səsvermə keçirilmədən seçilmiş elan edilir. 

 

Buna qədər Nikoletti AŞPA-da sosialist qrupuna rəhbərlik edib. O, 2013-cü ildən bəri qurumda çalışır.