AŞPA prezidenti istefa verdi

AŞPA prezidenti istefa verdi
Oxunma sayı: 840

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumdakı Ukrayna nümayəndə heyətinin rəhbəri məlumat verib. Onun sözlərinə görə, Aqramunt könüllü olaraq istefa verib. Vladimir Aryev bununla bağlı feysbuk hesabında yazıb:

“Bu il Rusiyanın hökumət təyyarəsi ilə Suriyaya Bəşər Əsədin yanına uçan AŞPA prezidenti Pedro Aqramunt  könüllü olaraq istefa verdi. Assambleyadakı final səsverməsini gözləməməyə qərar verib. İstefasını səhhəti ilə əsaslandırdı”.

***

P. Aqramunt tvitter hesabında faktı təsdiqləyib. İstefasını şəxsi səbəblərlə əlaqələndirib. 

 



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi