Asqırdıqdan sonra infarkt keçirən qadın dünyasını dəyişdi

asqirdiqdan-sonra-infarkt-keciren-qadin-dunyasini-deyisdi
Oxunma sayı: 4157

İstanbulda ürək çatışmazlığından müalicə olunan Qəmzə Kalaycı adlı qadın asqırdıqdan sonra infarkt keçirərək ölüb.

“Qafqazinfo” “Posta”ya istinadən xəbər verir ki, 28 yaşlı qadın asqırdıqdan sonra halı pisləşib.

Xəstəxanaya yerləşdirilən Kalaycının infarkt keçirdiyi və beyninə qan sızdığı məlum olub. Həkimlər onun həyatını xilas edə bilməyiblər.