Assambleyaya yeni prezident seçildi

assambleyaya-yeni-prezident-secildi
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, dekabr 14-də Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Ali Məclisinin növbədənkənar iclası keçirilib. Bu barədə GAMA Analitik İnformasiya Mərkəzinin Rəhbəri İsmayıl Qacar Marneulidən məlumat verib. Ali Məclisin iclasında təşkilati məsələlərə baxılıb. Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının Prezidenti Daşqın Gülməmmədovun prezident vəzifəsindən istefa verməsini haqqında ərizəsi qəbul edilib.
Ali Məclis üzvlərinə ünvanladığı müraciətində Daşqın Gülmmədov bildirib ki, -“Artıq enerjili gənclərə yol acmaq lazımdır. Bu gün Borçalıdakı türk gəncləri daha da siyasiləşiblər və milli maraqlar uğrunda daha qətiyyətli mübarizəyə hazırdırlar. Mən Gürcüstan Azərbaycanlıları Milli Assambleyasını 2001-ci ildə qurdum və 10 il ərzində bu təşkilat şanlı bir tarix yazdı. Və bu gün də GAMA Gürcüstan türklərinin ən güclü təşkilatıdır. İndi isə bu təşkilatı əmanət olaraq gənclərə verirəm. Bizim yolumuzu artıq yeni gələn nəsil, qətiyyətli gənclər davam etdirməlidirlər.”

Ali Məclisin iclasında gizli səsvermə nəticəsində Süleyman Əliyev Gürcüstan Azərbaycanlıları Milli Assambleyasının yeni prezidenti seçilib. Ali Məclisdə çıxış edən GAMA-nın yeni prezidenti Süleyman Əliyev vurğulayıb ki, Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının siyasi kursunda heç bir dəyişiklik olmayacaq və təməl prinsiplər uğrunda mübarizə yenə davam edəcək

Səidə