AST Telman 6 aydır işçilərinin maaşını vermir - Aksiya keçirdilər

ast-telman-6-aydir-iscilerinin-maasini-vermir
Oxunma sayı: 3083

Azərbaycanlı biznesmen Telman İsmayılovun 2009-cu ildə Antalyanın Kundu bölgəsində tikdirdiyi “Mardan Palace Hotel”i qarşısında bu gün etiraz aksiyası keçirilib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 1,4 milyard dollarlıq lüks otelin sahibi T.İsmayılov iflasa uğradıqdan sonra işdən çıxarılan işçilər 6 aydır maaşlarını və təzminatlarını ala bilmədiklərini bildirirlər. 

Təxminən minə yaxın işçinin alacağı ümumi məbləğ isə 16 milyon TL-dir. 

Qeyd edək ki, borc səbəbindən müsadirə olunan və “Xalq Bankı”na satılan otelin minə yaxın personalı ötən ilin dekabrın 19-da işdən uzaqlaşdırılıb.