Astana-Bakı reysi ilə uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən ünvana çata bilməyib.
“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatına görə, təyyarə bu səbəbdən geri qayıdıb.
Məlumata görə, 90 nəfər sərnişinin olduğu avialayner saat 22:56-da ştat rejimində eniş edib.
Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.