“Astana” uğurunu davam etdirə bilmədi - Video

astana-ugurunu-davam-etdire-bilmedi
Oxunma sayı: 1108

Avropa Liqasında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Qazaxıstan təmsilçisi “Astana” öz meydanında Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.

Qazaxlar 7-ci dəqiqədə erkən qol vurarq hesabda önə keçsələr də, bu üstünlüyü sona qədər qoruya bilməyiblər. İkinci hissədə 3 qol vuran qonaqlar matçda 3-1 qalib ayrılıb.

Qeyd edək ki, mərhələnin digər oyunları bu gecə baş tutacaq.

“Astana” (Qazaxıstan) – “Sportinq” (Portuqaliya) - 1:3

Qollar: Tomasov, 7 - Fernandez, 47, Martins, 50, Dumbiya, 56

Qırmızı vərəqə: Loqvinenko, 62 (“Astana”)