Astara sakini polisi güllələməklə hədələyib

astara-sakini-polisi-gullelemekle-hedeleyib
Oxunma sayı: 1346

Astara rayonunda axtarışda olan şəxs saxlanılarkən polisi silahla hədələyib.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədələyıb.

Polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb. Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.

Araşdırmalar zamanı məlum olub ki, Dəyanət Əliyev həmin narkotik vasitəni Astara şəhər sakini Ramin Məmmədovdan əldə edib. Saxlanılan Ramin Məmmədovun üzərindən də külli miqdarda heroin aşkar edilərək götürülüb. Araşdırmalarla o da məlum olub ki, Dəyanət Əliyev əldə etdiyi narkotik vasitənin satışını həmkəndlisi, Ərçivan kənd sakini Erik Rubçov vasitəsi ilə həyata keçirirmiş. Erik Rubçov polis əməkdaşları tərəfindən saxlanılarkən onun da üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Hər üç şəxs barəsində Cinayət məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işinin istintaqı davam edir.