Astarada 8 il əvvəlki cinayətinin üstü açıldı

astarada-8-il-evvelki-cinayetinin-ustu-acildi
Oxunma sayı: 1789

Astara rayonunda 8 il əvvəl baş vermiş cinayətin üstü açılıb.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə, 2011-ci il aprel ayının 18-də rayonun Pensər kənd sakini K.İsmayılovaya məxsus yaşayış evindən 2775 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayan şəxs müəyyən edilib. 

Araşdırmalarla oğurluğu törədən şəxsin sonradan qəsdən sağlamlığa yüngül zərər vurma, oğurluq, quldurluq, hədə-qorxu ilə tələb etmə maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Lerik rayon sakini Yaşar Şəfiyev olduğu məlum olub. 

Faktla bağlı araşdırma aparılır.