Astarada bəbir dananı parçaladı

Astarada bəbir dananı parçaladı
Oxunma sayı: 2687

Hirkan Milli Parkında nadir növlərdən sayılan yetkinlik yaşına çatmış dişi bəbir müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən bəbir dünən Astara rayonunun Armudu və Onuz kəndləri arasında yerləşən Almabadi vadisinin Hirkan Milli Parkının Şindan meşəbəyliyi ilə sərhəd ərazisində rayon sakini Talıb Əhmədova məxsus bir baş dananı parçalayıb.  

Milli Parkın yegerlərinin müşahidəsi zamanı məlum olub ki, hadisəni yetkinlik yaşına çatmış dişi bəbir törədib. Qeyd edək ki, hadisədən bir həftə öncə həmin bəbirin epizodları Hirkan Milli Parkının Şindan meşəbəyliyində quraşdırılmış fototələlərə düşüb. 

Sevindirici haldır ki, hadisə zamanı bəbir fermerin ev heyvanına hücum edərək ziyan vursa da, fermer vətəndaş mövqeyi nümayiş etdirərək  Azərbaycan meşələrinin incisi və nadir növ olan bəbirə ziyan vurmayıb. Bəbirin balalarının olduğu ehtimal edilir.

Xatırladaq ki, bəbir (qaplan) yırtıcılar dəstəsinə aid olub, Ümümdünya Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na və Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi