Astarada çətənə yetişdirən ər-arvad saxlanıldı

astarada-cetene-yetisdiren-er-arvad-saxlanildi
Oxunma sayı: 1398

Astarada çətənə bitkisi yetişdirən ər-arvad saxlanılıb. 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Pensər kəndində həmin kəndin sakini Xəyalət Zakirov və həyat yoldaşı T. Zakirovanın yaşadıqları fərdi yaşayış evinin həyətində sonuncunun qardaşı, əvvəllər məhkum olunmuş Zahir Şükürovla birlikdə aqrotexniki qulluq göstərməklə yetişdirdikləri 31 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır