Astarada meşədə ağacdan asılmış cəsəd tapıldı

astarada-mesede-agacdan-asilmis-cesed-tapildi
Oxunma sayı: 2721

Astara rayonunda 29 yaşlı kişi meşədə asılmış vəziyyətdə tapılıb.

“Qafqazinfo” Publika.az-a istinadən xəbər verir ki, rayonun Şümrüd kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb.

Onun geri qayıtmamağından və telefon zənglərinə cavab verməməyindən narahat olan ailə üzvləri axtarışa başlayıb. V.Musayev axtarış zamanı evlərinə yaxın meşə ərazisində ağacdan asılmış vəziyyətdə ölü tapılıb.

Onun üç uşaq atası olduğu bildirilir.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırmalara başlanılıb.