Astarada soyğunçuluq edən şəxs saxlanıldı

astarada-soygunculuq-eden-sexs-saxlanildi
Oxunma sayı: 1429

Astarada soyğunçuluq edən şəxs saxlanılıb.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 21-də Astara rayonunun Qamışovka kəndi ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Mirzəyev həmyerlisi Rafiq Ağayevə zor tətbiq edərək pulunu alıb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən B.Mirzəyev Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.