Aşura günü məsciddən oğurluq edilib - Bakıda

asura-gunu-mescidden-ogurluq-edilib
Oxunma sayı: 1719

Bakıda sentyabrın 10-da, Aşura günü oğurluq hadisəsi baş verib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Binəqədi rayonunun, Binəqədi qəsəbəsində məscidə gedən qadın oğrunun qurbanı olub. Məsciddə dini ayini yerinə yetirən qəsəbə sakini Bibixanım Məcidovanın cibindən 200 manat nağd pul və mobil telefonu oğurlanıb. Faktla bağlı polisə müraciət edilib, araşdırma aparılır.

Murad Əhməd