At oğrusu tutuldu

at-ogrusu-tutuldu
Oxunma sayı: 2599

Gədəbəydə mal-qara oğurluğu ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, oktyabrın 14-ü saat 16:00 radələrində Gədəbəy rayonunun Çalburun kəndi ərazisindən mal-qara oğurluğu barədə rayon polis şöbəsinə ərizə daxil olub.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin kənddə yaşayan 23 yaşlı Aslan Tağıyev saxlanılıb. Aparılan istintaq tədbirləri nəticəsində saxlanılan şəxsin əvvəllər də mal-qara oğurluğu ilə məşğul olduğu müəyyən edilib. Belə ki o, rayonun Govdu adlanan ərazisindən 7 rəst atı və Gədəbəy şəhəri ərazisindən 7 baş xırda buynuzlu heyvanı oğurlayıb.

Dindirilmə zamanı Aslan Tağıyev törətdiyi oğruluq hadisələrini etiraf edib oğurladığı atları və xırda buynuzlu heyvanı isə müxtəlif heyvan bazarlarında satdığını deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.