Ata - balanı güllələyən tutuldu

ata-balani-gulleleyen-tutuldu
Oxunma sayı: 648

Bakı şəhər Baş Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, fevralın 5-i saat 22:30 radələrində Yasamal rayonu Z.Xəlilov küçəsində yerləşən «Elbaro» restoranında Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Həsənov Samir Budaq oğlu ona məxsus «Sayqa» markalı ov tüfəngindən atəş açaraq 1968-ci il təvəllüdlü Məmmədov Aydın Akif oğluna və oğlu 1993-cü il təvəllüdlü Eminə bud nahiyəsindən xəsarət yetirib.

Yasamal RPİ 28-ci PB-nin keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Samir Həsənov «isti izlər»lə yaxalanıbr. Hazırda istintaq hərəkətləri davam etdirilir.