Ata oğlunu bıçaqla öldürdü

ata-oglunu-bicaqla-oldurdu
Oxunma sayı: 652

Sabirabad rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, rayonun Sarıcalar kənd sakini 1962-ci il təvəllüdlü Nazir Əhmədov oğlu Loğmanı bıçaqla qətlə yetirib.

Qətl ata-oğul arasında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı baş verib.

Ata saxlanılıb və faktla bağlı cinayət işi başlanılıb.