Ata-oğulu “07” ilə vuranın kimliyi bilindi

ata-ogulu-07-ile-vuranin-kimliyi-bilindi
Oxunma sayı: 1077

Gəncə şəhərində ata və oğulu vuran sürücünün kimliyi bəlli olub.

“Qafqazinfo”nun DİN-ə istinadən verdiyi xəbərə görə‚ martın 13-də saat 12 radələrində Gəncə şəhərinin ərazisində Samux rayon sakini K.Abdullazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən şəhər sakini Səftər Qəribovu və onun oğlu Anarı vurub. 

Nəticədə ata aldığı xəsarətlərdən hadisə yerində ölüb, oğlu isə xəstəxanaya yerləşdirilib.

Kəpəz RPİ tərəfindən araşdırma aparılır.