Ata olacaqdı, balıq tutarkən boğulub öldü...

ata-olacaqdi-baliq-tutarken-bogulub-oldu
Oxunma sayı: 3564

Dünən saat 20:00 radələrində Yevlaxda bədbəxt hadisə baş verib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, Ağdam rayonunun Əfətli qəsəbəsindən olan 1987-ci il təvəllüdlü, Rəşad adlı şəxs Yevlaxa 1 günlük qonaq gedib. Bu zaman qohumu onu balıq tutmaq üçün Şirvan kanalına aparıb. 

Ayağı sürüşən Rəşad kanala düşüb. Kanal çox axıntılı olduğu üçün, onun həyatını xilas etmək mümkün olmayıb. 

Qohumu Zöhrab adlı şəxs Rəşadın meyitini balıq qarmağı ilə sudan çıxarıb. 

Meyit Yevlax Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.
 
Mərhumun 6 ay öncə ailə həyatı qurduğu, həyat yoldaşının hamilə olduğu bildirilib.