Ata və qızını öldürənə ömürlük həbs verildi

ata-ve-qizini-oldurene-omurluk-hebs-verildi
Oxunma sayı: 1471

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və qızını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevə hökm oxunub. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Samir Əliyevin icraatında olan prosesdə S.Hacıyevi ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Hacıyev qeyri-rəsmi nikah münasibətində olduğu, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Samirə Əsədova və onun atası 1953-cü il təvəllüdlü Allahevrdi Əsədovu bıçaqlayaraq qətlə yetirib.

O, hadisəni törədərkən rəsmi olaraq başqa bir qadınla evli olub.

Murad Əhməd