“AtaBank” birinci yarım ilə yekun vurdu

atabank-birinci-yarim-ile-yekun-vurdu-
Oxunma sayı: 651

“AtaBank”dan “Qafqazinfo”ya verilən məlumata görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədə olub. Ümumi kredit portfeli 12.5% və ya 18.4 mln. manat artaraq 165.1 mln. manat təşkil edib.

Hesabat dövründə bankın müddətli depozit portfelində əhəmiyyətli dərəcədə artım müşahidə olunub. Belə ki, bu göstərici 1.9% və ya 3.1 mln. manat artaraq, 166.2 mln. manat təşkil edib. Qeyd edək ki, 2011-ci ilin əvvəlinə bu göstərici 163,1 mln. manat təşkil edirdi.
Fiziki şəxslərin müddətli əmanətlərində də dinamik artım qeydə alınıb. Belə ki, bu göstərici 6.3% və ya 6.4 mln. manat artaraq 108.0 mln. manatı keçib.

İyun ayının sonuna bankın aktivlərinin (ROA) və kapitalının (ROE) gəlirliliyi müvafiq olaraq 1.16% və 10.73% təşkil edib.

İyun ayının sonuna bankın balans mənfəəti 2.7 mln. manat təşkil edib. Hesabat dövrünün sonuna bankın nizamnamə kapitalı 25.0 mln. məcmu kapitalı isə 32.6 mln. manat olub.

Bank tərəfindən quraşdırılmış POS terminalların sayı isə 8959 ədədi keçib və bu proses hazırda da davam etdirilir. Fəaliyyətdə olan bankomatların sayı isə 68 ədəd təşkil edir.

Qeyd edək ki, bank cari ildən “AtaMatik” adı verilmiş layihə həyata keçirərək bank xidmətləri göstərilməyən, bankomat quraşdırılmayan ərazilərdə əhaliyə bu xidmətləri səyyar şəkildə göstərməyə başlayıb.
Hazırda respublikamızın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərməkdədir. Bunlardan 12-i regionlarda digərləri isə paytaxtda yerləşirlər.

Nigar Məmmədli