“AtaBank” “Formula-1” zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

atabank-formula-1-zamani-guclendirilmis-is-rejiminde-fealiyyet-gosterecek
Oxunma sayı: 634

“AtaBank” ASC Azərbaycan paytaxtında ikinci dəfə keçirilən "Formula 1" Azərbaycan Qran-Prisi zamanı iş rejimi ilə bağlı məlumat açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, bankın aşağıdakı filialları İyunun 23-dən – 25-dək saat 09:00-dan – 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək:

"Bakı" filialı: Neftçilər pr., 67 ; Tel: (012) 437 23 71, 437 23 72
"Sahil" şöbəsi: Puşkin küç. 9 ; Tel: (012) 598 11 36

Filialların müvəqqəti iş rejiminə keçidi "Formula-1" Azərbaycan Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi ilə həyata keçirilir.