“AtaHoldinq” “Sibur Holdinq”lə qarşı-qarşıya

ataholdinq-sibur-holdinqle-qarsi-qarsiya
Oxunma sayı: 642

Holdinqin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 13-də “Excelsior Hotel Baku” mehmanxanasının futbol meydançasında iki holdinqin komandaları arasında mini futbol maçı baş tutub. Yoldaşlıq oyunu komandaların qızğın mübarizəsi ilə yadda qalıb və oyun 5: 5 hesabı ilə başa çatıb.

Oyunun sonunda komandalara kuboklar və hədiyyələr təqdim olunub. Rusiya komandasına kuboku “AtaHoldinq” ASC-nin İdarə Heyətinin Sədr müavini Adıgözəl Ağayev, Azərbaycan komandasına isə “AtaBank” ASC-nin İdarə Heyətinin Sədri İltifat Ağayev təqdim ediblər.

Nigar Məmmədli