“AtaHoldinq” yeni şirkət yaradıb

ataholdinq-yeni-sirket-yaradib
Oxunma sayı: 647

“AtaHoldinq”in İctimaiyyətlə əlaqələr departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, “AtaTravel” MMC adlanan yeni şirkət turizm sahəsində fəaliyyət göstərəcək. “AtaTravel” MMC daxili və xarici turların təşkili, aviabiletlərin sifarişi, qonaqlama, yerləşdirmə, müalicəvi turlar və s. xidmətlər göstərəcək.

“AtaHoldinq” ASC İdarə Heyətinin sədri Fərid Əsədov yeni yaradılmış şirkət barədə belə şərh verib: “Bildiyimiz kimi, 2011-ci il Azərbaycanda “Turizm ili” elan edilib və bu sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. “AtaTravel” MMC-nin yaradılmasında da əsas məqsəd Azərbaycanda turizmin inkişafına töhfə vermək, əhalinin əyləncə və istirahətə artan tələbatını ödəməkdir. Əminəm ki, “AtaTravel” MMC qısa bir müddətdə bazarda öz yerini tutacaq və təmsil olunduğu sahənin liderlərindən birinə çevriləcək”.

Qeyd edək ki, 2003-cü ildən etibarən fəaliyyətə başlamış "AtaHoldinq" ASC iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Nigar Məmmədli